Ana bətnində deyil, qaraciyərində böyüyən körpə dünyaya gəldi
Maraqlı
Peruda 19 yaşlı qadın nadir rast gəlinən qaraciyərdənkənar hamiləlik nəticəsində sağlam uşaq dünyaya gətirib.
News24.az xəbər verir ki, döllənmiş yumurta uşaqlıq yerinə qaraciyər toxumasına implantasiya olunub və bu, həm ana, həm də körpə üçün ciddi risk yaradıb.
San Martin de Porresdəki Cayetano Heredia Milli Xəstəxanasında körpə 40 həftədə 3,6 kiloqram çəki ilə qeysəriyyə əməliyyatı vasitəsilə doğulub. Bu, dünyada qeydə alınan dördüncü belə uğurlu doğuşdur.
Hazırda ana və körpənin vəziyyəti yaxşıdır.