Azad edilmiş ərazilərdə ötən həftə 112 mina və 54 PHS aşkarlandı

Azad edilmiş ərazilərdə ötən həftə 112 mina və 54 PHS aşkarlandı Maraqlı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat (16.08 - 21.08.2021) yayıb.

News24.az-ın xəbərinə görə, işğaldan azad edilmiş ərazilərdən 110 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 54 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

ANAMA tərəfindən 147 ha ərazi təmizlənib.