Everestdən sonra yeni zirvə: Vəfa Mustafayeva Kilimancaroya yollanır
Maraqlı
Everest zirvəsini fəth edən azərbaycanlı alpinist Vəfa Qəhrəman (Mustafayeva) növbəti ekspedisiyaya hazırlaşır.
News24.az xəbər verir ki, alpinist bu dəfə Afrika qitəsinin ən yüksək nöqtəsi olan Kilimancaroya qalxmağı planlaşdırır.
O, ötən il Atakama səhrasını keçərək Cənubi Amerikada yerləşən, dünyanın ən hündür vulkanik zirvəsi sayılan Oxos del Saladoya (6893 m) qalxıb və zirvədə Azərbaycan bayrağını dalğalandırıb.
Qeyd edək ki, Vəfa Qəhrəman 2025-ci ilin 25 mayında 8848 metr hündürlüyündəki Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist kimi tarixə düşüb.