Azərbaycanın çay,  Kolumbiyanın kofe sevgisi BAKIDA FESTİVALA ÇEVRİLDİ - FOTO - VİDEO
    • 24-01-2020, 19:52
    • 1 479

Azərbaycanın çay, Kolumbiyanın kofe sevgisi BAKIDA FESTİVALA ÇEVRİLDİ - FOTO - VİDEO

Bu gün II Bakı Qəhvə və Çay Festivalına start verilib.

News24.az xəbər verir ki, festival Beynəlxalq Qəhvə Assosiasiyasının (SCA) təşkilatçılığı ilə keçirilir. 24-26 yanvar tarixlərində davam edəcək festivalda Kolumbiyanın Azərbaycandakı səfiri Antonio Dimate də iştirak edib. 

12 minə yaxın ziyarətçinin qatılması planlaşdırılıan tədbirdə əsl Kolumbiya qəhvəsini dadmaq mümkündür. Eyni zamanda da ən dadlı qəhvələrin hazırlandığı bölgələr barədə məlumat toplamaq olar. 

Tədbirdə müxtəlif viktorinalar da keçirilir.

Qeyd edək ki, II Bakı Qəhvə və Çay Festivalında yerli və xarici şirkətlər öz məhsullarını nümayiş etdirirlər. 

Foto/Video: Fərid Şabanov