Bakıda 51 yaşlı kişi küçədə - QƏTLƏ YETİRİLDİ

Bakıda 51 yaşlı kişi küçədə - QƏTLƏ YETİRİLDİ Maraqlı

Bakıda 51 yaşlı kişi qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə,  hadisə bu gün saat 16 radələrində paytaxtın Nəsimi rayonunda baş verib. 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.