BYD Volkswagen-i məğlub etdi
Maraqlı
BYD son illərdə də böyümə strategiyası ilə diqqəti cəlb etməyə davam edir.
News24.az xəbər verir ki, BYD-nin ümumi işçilərinin sayı 900 mini keçdiyi halda, onlardan 110 mindən çoxu tədqiqat və təkmilləşdirmə (AR-GE) şöbəsində çalışır. Bu rəqəm BYD-ni işçilərin sayına görə dünyanın ən böyük avtomobil istehsalçısı edir.
Keçən il təxminən 200 min yeni işçi işə götürən BYD, bu artımın əhəmiyyətli bir hissəsini son iki ildə işə götürdüyü 50 min universitet məzunu ilə əldə edib. Şirkət akkumulyator texnologiyası, ağıllı sürücülük sistemləri və avtomobil texnologiyaları kimi sahələrdə AR-GE sərmayələri etdiyini ifadə edib.
BYD-nin bu strategiyası onun satış rəqəmlərinə də müsbət təsir göstərir. Şirkət ikinci rübdə Honda və Nissan-ı geridə qoyaraq dünyada ən çox satılan yeddinci avtomobil istehsalçısı olub. Çində avtomobil satışında da ardıcıl rekordlar qırıb.
Müqayisə üçün qeyd edək ki, Volkswagen-in dünya üzrə 700 minə yaxın işçisi var. Onun arxasında 400 min işçisi olan Toyota Motor dayanır. BYD isə bir il ərzində 200 min işçisi ilə bütün zamanların ən böyük şirkətlərindən biri olub.
Eyni zamanda, BYD, təkcə avqust ayında 373 min 82 hibrid və elektrikli avtomobil satdığını açıqlayıb. Müvafiq olaraq, o, iyulda qeydə alınan əvvəlki rekordu üstələyib. Plug-in hibrid avtomobil satışları avqust ayında 222 min ədədi keçərək, şirkət üçün ardıcıl altıncı rekorda imza atıb.
Günel Məlikzadə