Ermənistan ordusunun geyim forması dəyişdirilir

Ermənistan ordusunun geyim forması dəyişdirilir Maraqlı


Ermənistan ordusunun yeni geyim formasının hazırlanmasında NATO standartları nəzərə alınacaq.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi yerli KİV-ə bildirib.

Qeyd edilib ki, yeni formanın yaradılması prosesində ABŞ, Fransa, Yunanıstan və Çexiyanın hərbi geyim formaları nəzərə alınıb.

Yeni forma təsdiqləndikdən sonra hərbi geyimlər qanunvericilik səviyyəsində qadağan olunacaq.