Faiq Ağayev - BƏDİİ ŞURAYA ÜZV SEÇİLDİ

Faiq Ağayev - BƏDİİ ŞURAYA ÜZV SEÇİLDİ Maraqlı
Xalq artisti Faiq Ağayevə yeni vəzifə verilib.

News24.az xəbər verir ki, ifaçı "Azad Azərbaycan" televiziyasında Bədii Şuraya üzv seçilib. Bu haqda ifaçının özü məlumat verib: "Bu gün ATV'-nin Bədii Şurası ilk iclasını keçirdi.
Əsaslı fikir mübadiləsi oldu, yaranmış problərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkıiflər səsləndi.
Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm. Xeyirlisi, inşallah."