Göy üzündə ikinci ay görünəcək
Maraqlı
2024 PT5 asteroidi planetin ətrafında bir dövrəni tamamlayaraq Yerin müvəqqəti "mini-ayı"na çevriləcək.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, təxminən ay yarım orbitdə qalacaq.
Bundan sonra Günəş sisteminin dərinliklərinə uçacaq. Alimlərin araşdırmaları göstərir ki, Yer mütəmadi olaraq asteroidləri öz orbitində keçici olaraq, "tutub", saxlaya bilir.