Kosmik tullantılara görə ilk cərimə - tətbiq edildi
Maraqlı
Kosmik zibil problemi xüsusilə son illərdə tez-tez gündəmə gəlir, çünki orbitdəki zibillərin miqdarı sürətlə artır.
News24.az xəbər verir ki, Federal Rabitə Komissiyası (FCC) tarixdə ilk dəfə kosmik tullantılara görə "təməlqoyma" cəriməsi tətbiq etdiyini açıqlayıb.
Belə ki, komissiya "EchoStar-7" peykini lazımi qaydada utilizasiya etmədiyinə görə, "Dish"i 150 min dollar cərimə etdiyini söyləyib.
Qeyd edək ki, o, 2002-ci ildən orbitdədir.
Aynurə