Kosmonavtları ROBOT əməliyyat edəcək
Maraqlı
Amerikalı tibbi texnologiya istehsalçısı Virtual Incision uzaqdan əməliyyatlar üçün nəzərdə tutulmuş MIRA robot cihazını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəsmi saytında məlumat verilib.
Cihaz "Northrop Grumman" şirkətinin kosmik gəmisi ilə orbitə çıxarılacaq. Start yanvarın 30-a planlaşdırılıb.