Mafiyanın 100 milyon avroya yaxın pulu - ƏLİNDƏN ALINDI
Maraqlı
İtaliyada maliyyə polisi Siciliyanın ikinci şəhərində - Kataniyada yerləşən nüfuzlu Laudana mafiyasının üzvü olan iki iş adamının 98 milyon avro dəyərində aktivlərini müsadirə edib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, aktivlərin, o cümlədən nağd pulun müsadirəsi prosedurları Siciliya, Latsio, Lombardiya və Veneto bölgələrində baş tutub.
Müstəntiqlər şübhəliləri Kataniya yaxınlığındakı Skaliza klanı ilə əlaqələndirirlər.
Hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatında maliyyə polisinin 50 əməkdaşı iştirak edib.