Rusiya Yaponiyaya xəbərdarlıq etdi: - Cavabı olacaq...

Rusiya Yaponiyaya xəbərdarlıq etdi: - Cavabı olacaq... Maraqlı


Rusiya Yaponiyanın bu payızda Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirmək planlarına görə Yaponiya səfirliyinə etiraz edib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Oktyabrın 11-də Yaponiyanın Rusiyadakı səfirliyinə Tokionun oktyabrın sonu - noyabrın əvvəllərində Yaponiya ərazisində, o cümlədən Hokkaydo adalarının yaxınlığında yerləşən ərazilərdə ABŞ-la birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı sərt etiraz edilib.

Rusiya Yaponiyaya hərbi təlimlər keçirmək planları ilə bağlı gözlənilən adekvat cavab tədbirləri barədə xəbərdarlıq edib", - məlumatda qeyd edilib.