Siqaret çəkənlərə şad xəbər: - əlavə istirahət günləri VERİLƏCƏK
Maraqlı
Siqaret çəkməyən işçilərə əlavə istirahət günləri verilə və onların idman xərcləri ödənilə bilər.
News24.az xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev çıxış edib.
Məlumata görə, müvafiq müraciət artıq Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkoya göndərilib .
Həmzəyevin məktubunda deyilir: “Əmək Məcəlləsində insanları piylənməyə səbəb olan bu pis vərdişdən əl çəkməyə sövq etmək üçün siqaret çəkməyən işçilər üçün ayda əlavə istirahət günü müəyyən edilsin”.
Deputat həmçinin təklif edir ki, şirkətlərə işçilərə fitnes xərclərini kompensasiya etmək öhdəliyi qoyulsun, belə ödənişin ən azı minimum məbləği müəyyən edilsin.
Ayşən