Yeni planet - KƏŞF EDİLDİ

Yeni planet - KƏŞF EDİLDİ Maraqlı
Yeni zelandiyalı alimlər Yer kürəsinə oxşar planet kəşf ediblər.

News24.az “Report”-a istinadən xəbər verir ki, Yer kürəsindən böyük, Neptundan isə kiçik kütləyə malik bu planetə OGLE-2018-BLG-0677 adı verilib.

Yeni planetin öz ulduzuna məsafəsi Veneranın Günəşə olan məsafəsindən uzaq, Yer kürəsininkindən yaxın olduğu bildirilir. Məlumata görə, bu planetdə bir il 617 gün sürür.