Bu kəşf hər şeyi dəyişə bilər – alimlərdən sensasion addım

Bu kəşf hər şeyi dəyişə bilər – alimlərdən sensasion addım Sağlamlıq

ABŞ-nin Şimal-Qərb Universitetinin alimləri real beyin hüceyrələri ilə birbaşa əlaqə qura bilən süni neyronlar hazırlayıblar.

Tədqiqatın nəticələrinə görə, bu süni hüceyrələr bioloji neyronlarla uyğun elektrik siqnalları yarada bilir. Laboratoriya sınaqları zamanı siçanların beyin toxumasına inteqrasiya edilən qurğular real neyronları stimullaşdıraraq onlarla qarşılıqlı əlaqəyə girib.

Yeni texnologiyanın əsasında yüksək keçiriciliyə malik qrafen və molibden disulfidi kimi materiallar dayanır. Süni neyronlar xüsusi çap üsulu ilə istehsal olunub ki, bu da onların çevikliyini və bioloji sistemlərə uyğunlaşmasını artırır.

Mütəxəssislərin fikrincə, bu yenilik tibb və süni intellekt sahəsində geniş perspektivlər açır. Xüsusilə iflic və nevroloji xəstəliklərdən əziyyət çəkən şəxslər üçün beyin-kompüter interfeyslərinin inkişafında, eləcə də daha az enerji sərf edən bioelektron sistemlərin yaradılmasında mühüm rol oynaya bilər.