Bu şirəni içən kişilər şir kimi güclü olur

Bu şirəni içən kişilər şir kimi güclü olur Sağlamlıq

Türkiyə mətbəxində geniş yayılmış şalğam suyu, sən demə min bir dərdin dərmanı imiş.

News24.az Lent.az-a istinadən xəbərinə görə, hər gün bir stəkan şalğam suyu içmək orqanizmi toksinlərdən təmizləməyə kömək edir.

Tərkibində A, B, K vitaminləri, fosfor olan şalğam suyu ürək, sümük  və gözlərin sağlamlığına yaxşı təsir göstərir.

Şalğam suyu kişilərin gücünü artırmağa, spermanın keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Şalğam suyu bağırsaqlar üçün də çox faydalıdır. O ən yaxşı probiotiklərdən biridir. Onun sayəsində bağırsağın təbii florası qorunur.