Bu tarixlərdə səhhətinizdə problem yarana bilər - Alimlərdən xəbərdarlıq
Sağlamlıq
Bu gün və sabah Yer ətrafında Günəş küləyinin sürətinin artması səbəbindən maqnit qasırğalarının baş verməsi gözlənilir.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, 7 və 8 may tarixlərində Günəş küləyinin sürətinin artması fonunda maqnit hadisələrinin ehtimalı əhəmiyyətli dərəcədə yüksələcək. Hadisələrin ümumi intensivliyi hazırda orta və mülayim səviyyədə qiymətləndirilir.
Alimlərin sözlərinə görə, həftənin sonuna doğru Günəşin Yerə baxan tərəfində arxa tərəfdən görünən böyük ləkə qruplarının yaranması Günəş alışmalarının sayında artıma səbəb ola bilər.
Qeyd olunub ki, növbəti maqnit qasırğalarının 15–18 may tarixlərində baş verməsi də istisna edilmir. /İnterfax/