Bunu bilmirdiniz: turpun sağlamlığa təsiri sizi təəccübləndirəcək
Sağlamlıq
Turp aşağı kalorili olmasına baxmayaraq, insan sağlamlığı, xüsusilə də qadın orqanizmi üçün faydalı olan bir çox maddələrlə zəngindir. Çox vaxt sadəcə salata əlavə kimi qəbul edilsə də, əslində olduqca faydalı tərəvəzdir.
News24.az xəbər verir ki, “Good Food” ekspertləri turpun gündə nə qədər yeyilməli olduğunu, orqanizmə təsirini və kimlərin bu tərəvəzdən uzaq durmalı olduğunu izah ediblər.
Turpun faydası və qida dəyəri
Turp kələmkimilər ailəsinə aid xırtıldayan kök tərəvəzdir. Bu ailəyə kələm, turp (qara turp), xardal kimi məhsullar da daxildir. Ən çox yayılan növü qırmızı turpdur, lakin ağ (daikon), bənövşəyi, qara və sarı növləri də mövcuddur.
80 qram turpun qida dəyəri:
• 10 kkal
• 0,6 q zülal
• 0,2 q yağ
• 1,5 q karbohidrat
• 1 q lif
• 192 mq kalium
• 30 mkq folat
• 14 mq C vitamini
Göründüyü kimi, turp az kalorili olmaqla yanaşı, orqanizmi C vitamini, kalium və liflə təmin edir.
Kimlər turp yeməməlidir?
Turp ümumilikdə təhlükəsizdir, lakin bəzi hallarda ehtiyatlı olmaq lazımdır:
• Qalxanabənzər vəz xəstəlikləri olanlara çox istifadə məsləhət görülmür (yodun mənimsənilməsinə təsir edə bilər);
• Öd daşı xəstəliyi zamanı turp öd ifrazını artıra bilər;
• Şəkərli diabeti və ya karbohidrat mübadiləsi problemi olanlar həddindən artıq istifadə etməməlidir.
Turp yemək üçün 5 əsas səbəb
1. Sulforafan mənbəyi
Turp tərkibində sulforafana çevrilə bilən maddələr saxlayır. Bu birləşmə bəzi xəstəliklərin, o cümlədən xərçəngin riskini azalda bilər.
2. Ürək üçün faydalıdır
Tərkibindəki antosianinlər və digər maddələr damarları qoruyur, iltihabı azaldır və ürək-damar xəstəliklərinin riskini aşağı sala bilər.
3. Güclü antioksidantdır
Həm turpun özü, həm də yarpaqları antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri zədələnmədən qoruyur və qocalmanı ləngidir.
4. Qadın sağlamlığına təsiri
Turp tərkibində olan RsAFP2 maddəsi göbələk əleyhinə təsir göstərir və kandidoz (məsələn, “moloçnitsa”) riskini azalda bilər.
5. Qaraciyər və həzm üçün faydalıdır
Turp öd ifrazını stimullaşdırır, bu da yağların həzmini və toksinlərin orqanizmdən çıxarılmasını yaxşılaşdırır.