Əsəbləri sakitləşdirmək üçün - ƏN YAXŞI İÇKİ
Sağlamlıq
Ruhən, mənəvi yorğunluq, əsəb gərginliyi zamanı bəzi içkilər sizi sakitləşdirə bilər.
News24.az medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Daria Rusakovahansı bəzi içkilərin sakitləşmək üçün təsirli ola biləcəyini açıqlayıb.
“Sakitləşmək üçün kofeinsiz içkilər, məsələn, çobanyastığı, nanə, lavanda ilə bitki çayları, eləcə də apteklərdən əldə edilə bilən bitki mənşəli içkilər içmək məsləhətdir.
Əgər bir insan həyəcan keçirirsə, bir stəkan soyuq su ona kömək edəcək.
Bir tərəfdən, bu, psixoloji səviyyədə bir hərəkətdir ki, insanı narahat edən amildən yayındırmağa imkan verir”, - həkim qeyd edib.
O bildirib ki, bitki çayları həzm sisteminə də müsbət təsir edir.