Gənələrdən bu yolla qorunmaq olar
Sağlamlıq
Gənə dişləməsindən qorunmaq üçün uzunqollu geyimlərdən istifadə etmək və sıx bitki örtüyündən uzaq durmaq tövsiyə olunur.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, açıq havada olarkən hündür otlardan və sıx bitki örtüyündən uzaq durmaq, mümkün qədər açıq cığırlarda hərəkət etmək lazımdır. Eyni zamanda uzunqollu geyimlər və şalvar geyinilməsi, şalvarın corabın içinə salınması tövsiyə edilir.
ÜST həmçinin açıq rəngli geyimlərin seçilməsini və həşəratlara qarşı qoruyucu vasitələrdən istifadəni vacib hesab edir.
Qeyd olunub ki, açıq havadan qayıtdıqdan sonra bədənin, uşaqların və ev heyvanlarının gənələrin olub-olmaması baxımından diqqətlə yoxlanılması lazımdır. Gənə aşkar edildiyi halda isə dərhal çıxarılması tövsiyə olunur.