Hantavirusun COVID19-dan əsas fərqi açıqlandı
Sağlamlıq
Rusiyanın tibb elmləri namizədi Valeri Litvinov hantavirus infeksiyasının pandemiyaya çevrilə biləcəyi ilə bağlı narahatlıqları təkzib edib.
News24.az xəbər verir ki, mütəxəssis sürətlə mutasiyaya uğrayan və hava-damcı yolu ilə yayılan COVID19-dan fərqli olaraq, hantavirus üçün insandan insana birbaşa yoluxmanın xarakterik olmadığını bildirib.
Onun sözlərinə görə, xəstəliyin törədicisi klassik təbii ocaqlı infeksiyadır və virusun həyat dövrü əsasən daşıyıcı gəmiricilərin, siçan və siçovulların populyasiyası ilə bağlıdır. Bu heyvanlar isə xəstəliyi adətən simptomsuz keçirirlər.
Litvinov qeyd edib ki, virusun bəzi növləri heyvanların ölümünə səbəb ola bilsə də, insanlarda xəstəlik daha yüngül keçir. Bu səbəbdən hantavirusun koronavirus pandemiyası ilə müqayisə oluna biləcək təhlükə yaratmadığını vurğulayıb.
Xatırladaq ki, mayın əvvəlində “MV Hondius” kruiz gəmisində hantavirusun yayılması qeydə alınıb. Yeddi yoluxma və üç ölüm faktı təsdiqlənib. Gəmi bazar günü Tenerife sahillərinə çatıb. /RİA/