Hər mətbəxdə olan bu ədviyyatla bağlı şok araşdırma

Hər mətbəxdə olan bu ədviyyatla bağlı şok araşdırma Sağlamlıq

Sarıkökün aktiv maddəsi olan kurkuminin diabet müalicəsinin dəstəklənməsində potensial rol oynaya biləcəyi müəyyən edilib.

News24.az xəbər verir ki, bu barədə Amerika Psixologiya Zirvəsində təqdim olunan araşdırmada qeyd olunub.

1-ci tip diabet modeli üzrə siçovullar üzərində aparılan təcrübədə kurkumin qəbul edən heyvanlarda bir ay ərzində damar sağlamlığında nəzərəçarpacaq yaxşılaşma müşahidə edilib və nəticələrin sağlam heyvanlara yaxınlaşdığı bildirilib.

Bu nəticələr diabetlə bağlı ürək-damar fəsadlarının qarşısının alınması baxımından əhəmiyyətli hesab olunur.

Alimlərin açıqlamasına görə, kurkumin iltihabi prosesləri azaldır, damar hüceyrələrinin funksiyasını yaxşılaşdırır və metabolik siqnallara təsir göstərir.

Bununla belə, tədqiqatların hələlik yalnız heyvanlar üzərində aparıldığı, insanlarda istifadəsi üçün əlavə klinik sınaqlara ehtiyac olduğu vurğulanıb. Həmçinin maddənin orqanizm tərəfindən zəif mənimsənilməsi onun terapevtik tətbiqini məhdudlaşdıra bilər. /MedicalXpress/