İllərdir səhv edirik: çiyələyi belə yemək daha faydalı imiş

İllərdir səhv edirik: çiyələyi belə yemək daha faydalı imiş Sağlamlıq

Biz adətən çiyələyin üst hissəsini – yarpaq və saplağını kəsib atırıq və bunun faydası barədə düşünmürük. Halbuki, “Southern Living” nəşrinin yazdığına görə, bu hissələr də giləmeyvənin özü kimi yeyilə bilər.

News24.az xəbər verir ki, bir çox ölkədə insanlar çiyələyin yarpaqlarını yemir – bu daha çox vərdiş məsələsidir. Dietoloqlar bildirirlər ki, əksəriyyət sadəcə meyvəni yuyarkən üst hissəni kəsib atır.

Onların sözlərinə görə, çiyələyin yarpaqları təkcə təhlükəsiz deyil, həm də faydalıdır. Onların tərkibində C vitamini (giləmeyvənin özündə daha çoxdur), həmçinin çoxlu polifenollar var.

Bu maddələr:

  • antioksidant təsir göstərir

  • ürək-damar xəstəlikləri riskini azaldır

  • diabet və bəzi xərçəng növlərinin qarşısını almağa kömək edir

  • iltihabəleyhinə təsirə malikdir

Araşdırmalar da göstərir ki, çiyələk yarpaqları güclü antioksidant, antibakterial və göbələk əleyhinə xüsusiyyətlərə malikdir.

Çiyələyi bütöv yemək istəyirsinizsə:

  • meyvəni yarpaqları ilə birlikdə yaxşı yuyun

  • qaralmış və zədələnmiş hissələri çıxarın

  • təmizlədikdən sonra rahatlıqla istifadə edin

Beləliklə, çiyələyin yarpaqlarını atmaq əvəzinə, bütün meyvədən istifadə etmək həm daha faydalıdır, həm də qida israfını azaldır.