İmplant qoyduranların, dişini çəkdirənlərin NƏZƏRİNƏ - Bunlara mütləq DİQQƏT EDİN
Sağlamlıq
Son zamanlar vətəndaşlar diş çəkimi və implant qoyulması zamanı bir sıra porblemlərlə üzləşirlər. İnfeksiya, ürəktutması, hətta koma ilə nəticələnən hallar müşahidə edilir. Qeyri-peşəkarlıqları ucbatından pasiyentlərin həyatını ciddi təhlükəyə atan stomotoloqların sayı az deyil. Xüsusən sosial şəbəkələrdə reklam edilən “stomotoloq”ların ortaya qoyduqları iş heç də ürəkaçan olmur. Bu reklamlara aldanan vətəndaşlar isə sonda xoşagəlməz hallarla qarşılaşırlar.
Tanınmış ağız, üz-çənə cərrahı Rafiq İbrahimov bu barədə Pravda.az-ın suallarını cavablandırıb.
Həkim bildirib ki, koma ümumi ağırlaşmadır: “Ümumi ağırlaşmanın əmələgəlmə səbələri müxtəlif ola bilər. İnfeksiya nəticəsində baş beyində əmələ gələn dəyişikliklər komanın əmələgəlmə səbəblərindən biridir. Bu kimi halların qarşısını almaq üçün hər hansı bir cərrahi müdaxilə zamanı aseptika qaydalarına ciddi riayət etmək mütləqdir. Narkoz və ya ümumi anesteziya zamanı ağırlaşmalar ola bilər ki, bunlardan biri məhz komadır. Bu məsələ ilə bağlı anestezioloq - yəni narkozu təşkil edən mütəxəssis daha çox məlumat verə bilər...”
R.İbrahimov implant qoyulması zamanı pasientlərin qarşılaşa biləcəkləri əks göstərişlər barədə də məlumat verib: “İplant da cərrahi müdaxilədir. Hər bir cərrahi müdaxilə kimi implantların da göstərişləri və əks göstərişləri var. Ağır infeksion xəstəliklər, bədxassəli şişlər, ciddi psixi pozğuntular, qan xəstəlikləri, tuberkulyoz (vərəm), autoimmun xəstəlikləri, xroniki qaraciyər və böyrək çatımazlığı, osteoporoz və bu kimi əksgöstərişlər meydana gələ bilər. Bu səbəbdən vətəndaşların peşəkar həkimlərə müraciət etmələrini məsləhət görürük”.