Meyvə və tərəvəzlərin yuyarkən diqqət edin - Zəhərlənə bilərsiz
Sağlamlıq
Yay aylarında meyvə və tərəvəzlərin düzgün yuyulmaması və saxlanılmaması qida zəhərlənməsi və infeksiya riskini artırır.
News24.az xəbər verir ki, məhsullar əvvəlcə axar su altında yaxşıca yuyulmalı, çirk və torpaq təmizlənməlidir. Daha sonra sirkə və ya qida sodası məhlulundan istifadə etmək mikroorqanizmlərin və pestisid qalıqlarının azalmasına kömək edir.
Həmçinin meyvə və tərəvəzlər qurudulduqdan sonra qapalı qabda soyuducuda saxlanılmalıdır. Çiy ət üçün istifadə olunan bıçaq və doğrama taxtasının meyvə-tərəvəz üçün istifadə edilməməsi də tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, qida qəbulundan əvvəl əllərin ən azı 20 saniyə sabunla yuyulması qida mənşəli infeksiyalardan qorunmağın ən vacib yollarından biridi