Ömrü qısaldan 4 məhsul – həkim siyahını açıqladı

Ömrü qısaldan 4 məhsul – həkim siyahını açıqladı Sağlamlıq

Tanınmış kardiocərrah Ceremi London ömrü qısaldan dörd məhsulun adını açıqlayıb.

News24.az xəbər verir ki, onun sözlərinə görə, bu məhsullar spirtli içkilər, emal olunmuş ət, şəkərli içkilər və həddindən artıq doymuş yağlardır.

Həkim xüsusilə qazlı və şəkərli içkilər haqqında danışaraq onları “boş kalori” adlandırıb və bildirib ki, bu içkilər heç vaxt toxluq hissi yaratmır. London onları “maye ölüm” kimi xarakterizə edib.

Həkimin sözlərinə görə, spirtli içkilər və emal olunmuş ət Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən birinci dərəcəli kanserogenlər kimi qiymətləndirilir. Bu isə onların insan üçün xərçəng törədən faktorlar olduğunu göstərir.

London əlavə edib ki, “doymuş yağların çoxluğu” dedikdə yağlı ət, kərə yağı və yüksək yağlı süd məhsulları nəzərdə tutulur.

Bununla belə, həkim vurğulayıb ki, bu məhsullardan tam imtina mütləq deyil. Sadəcə qidalanmanın 80 faizində sağlam qidaya üstünlük verilməlidir.

Emal olunmuş ət kateqoriyasına isə bunlar daxildir:

  • hot-doqlar

  • vetçina

  • kolbasa

  • duzlanmış mal əti

  • qurudulmuş ət məhsulları

  • ət konservləri və yarımfabrikatlar