COVID-19-un yeni dalğası gəlir?- - Mütəxəssislər açıqladı

COVID-19-un yeni dalğası gəlir?- - Mütəxəssislər açıqladı Sağlamlıq
Çində ekspertlər qış aylarında COVID-19-un 3 yeni dalğasının olacağını proqnozlaşdırırlar.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hal-hazırda halların sayı az olsa da, gözlənilən dalğaların birincisinin yaşandığı bildirilir. Digər tərəfdən, yeni araşdırmaya görə, Çinin "sıfır-Covid" siyasətindən qəfil və hazırlıqsız imtina etməsi 1 milyona yaxın insanın ölümünə səbəb ola bilər.

Mütəxəssislər qışda epidemiyada 3 yeni dalğanın olacağını düşünürlər. Hazırda birinci dalğa yaşanır və bu birinci dalğanın yanvarın ortalarına qədər davam edəcəyi təxmin edilir. 2-ci dalğa yanvarın 21-də baş verəcək. Epidemiyanın üçüncü dalğası fevralın sonundan martın ortalarına qədər olan dövr göstərilir. 

Qeyd edək ki, Çİndə son 24 saatda 2 min 97 hadisə qeydə alınıb, 2 nəfər ölüb. Gündəlik statistika o qədər də narahatedici görünməsə də, ekspertlər bu məsələdə o qədər də optimist deyillər. Çünki halların sayının azalması testlərin sayının azalması ilə bağlıdır.

Qumral Əliyeva