Qaraciyər yağlanmasının gizli səbəbi aşkar edildi

Qaraciyər yağlanmasının gizli səbəbi aşkar edildi Sağlamlıq

Qastrit və mədə xorasının əsas səbəblərindən biri kimi tanınan Helicobacter pylori bakteriyası qaraciyər yağlanması xəstəliyi riskinin artması ilə əlaqələndirilə bilər.

News24.az xəbər verir ki, bu, təxminən 6000 nəfərin məlumatlarını təhlil edən Çin tədqiqatçılarının gəldiyi nəticədir.

Belə ki, Çin klinikasından mindən çox xəstə və Amerika NHANES tədqiqatından təxminən beş min iştirakçının məlumatları izlənilib. Alimlər iki böyük nümunəni araşdırıblar.

Onlar "Helicobacter pylori" infeksiyasının mövcudluğunu və metabolik olaraq əlaqəli qaraciyər yağlanması xəstəliyinin əlamətlərini qiymətləndiriblər. Bu xəstəlikdə yağ qaraciyərdə toplanaraq, iltihab, sirroz və digər ağırlaşmalar riskini artırır.