Qarpızda gizli təhlükə: - Zəhərlənmə riski artır

Qarpızda gizli təhlükə: - Zəhərlənmə riski artır Sağlamlıq

Yayın sevilən meyvəsi olan qarpız, yanlış istifadə və gigiyenaya əməl edilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislər, xüsusilə açıqda satılan və ya əvvəlcədən doğranmış qarpızlardan uzaq durmağı tövsiyə edir.

News24.az xəbər verir ki, qarpızın qabığında və kəsilən bıçaqda toplanan bakteriyalar – Salmonella və Listeria – qida zəhərlənməsinə səbəb ola bilər. Bu, xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar üçün təhlükəlidir.

Təhlükəsiz qarpız istehlakı üçün məsləhətlər:

Qarpızın qabığını kəsməzdən əvvəl bol su ilə yuyun

Açıqda satılan doğranmış qarpızlardan uzaq durun

Kəsmə taxtası və bıçaq təmiz olmalı, çiy ətlə təmas etməməlidir

Kəsdikdən sonra qarpızı uzun müddət açıqda saxlamayın

Dadı və qoxusu fərqlidirsə, yeməyin

Sadə gigiyena qaydalarına əməl etməklə qarpızdan zövq almaq mümkündür.

Xeyrənsə Piriyeva