“Sağlam” görünən, amma zərərli ola bilən 5 məhsul

“Sağlam” görünən, amma zərərli ola bilən 5 məhsul Sağlamlıq

Mütəxəssislər xəbərdarlıq edirlər ki, “pəhriz”, “fit” və ya “təbii” adı ilə təqdim olunan bəzi məhsullar düşündüyümüz qədər faydalı olmaya bilər.

News24.az-ın məlumatına görə, ən çox diqqət çəkən məhsullar bunlardır:

Meyvə şirələri – Lifsiz olduğu üçün yüksək şəkər tərkibi qan şəkərini sürətlə yüksəldə bilər.

Qranola batonları – Tərkibində əlavə şəkər, qarğıdalı siropu və müxtəlif qatqı maddələri ola bilər.

Az yağlı məhsullar – Dadın saxlanılması üçün əlavə şəkər və nişasta ilə zənginləşdirilə bilər.

Marqarin – Bəzi növlərində ürək-damar sağlamlığı üçün risk yarada bilən trans yağlar mövcud ola bilər.

İdman içkiləri – Yüksək şəkər və natrium tərkibinə görə gündəlik istifadə üçün uyğun hesab edilmir.

Mütəxəssislər məhsul seçərkən etiketlərin diqqətlə oxunmasını və mümkün qədər emal olunmamış qidalara üstünlük verilməsini tövsiyə edirlər.