Sümük iliyi xərçənginin müalicəsində yeni metod: - 73 faiz effekt verəcək

Sümük iliyi xərçənginin müalicəsində yeni metod: - 73 faiz effekt verəcək Sağlamlıq
Maunt-Sinay klinikasının alimləri sümük iliyi xərçənginin müalicəsində 73 faiz effektiv olan immun terapiyası barədə araşdırmanın nəticələrini dərc etdiriblər.

Araşdırma NEJM-də işıq üzü görüb.

Yeni üsul eyni zamanda T hüceyrələri və şiş hüceyrələri ilə əlaqə yaradan spesifik talketamab anticisiminin işinə əsaslanır. Bu da T hüceyrələrinin xərçəngi effektiv məhv etməsinə şərait yaradır. /Lent.az/