Tibb tarixində SENSASİYA: - Xəstəyə yeni göz KÖÇÜRÜLDÜ

Tibb tarixində SENSASİYA: - Xəstəyə yeni göz KÖÇÜRÜLDÜ Sağlamlıq

ABŞ-da həkimlər dünyada ilk dəfə tam göz transplantasiyasını həyata keçiriblər. 

News24.az xəbər verir ki, bu barədə məlumat “New York Langone” Universitetinin (NYULH) saytında dərc olunub.

“NYULH-dan olan cərrahlar qrupu iş zamanı yüksək gərginlikli elektrik cərəyanı zədəsi alan 46 yaşlı Arkanzas hərbi veteranına dünyada ilk tam göz və qismən üz transplantasiyası əməliyyatını həyata keçirib.

Əməliyyat zamanı140-dan çox cərrah, tibb bacısı və feldşer iştirak  edib. Hələlik xəstənin onunla görə biləcəyi məlum deyil. Kişinin sol qolunun, yanağının, çənəsinin bir hissəsinin, bütün burnunun, dodaqlarının və ön dişlərinin də itirdiyi bildirilir.

Məlumata görə, bu, yeganə uğurlu kombinə edilmiş transplantasiyadır.

Ayşən