ÜST xəbərdarlıq etdi: - koronavirusun yeni növü sürətlə...
Sağlamlıq
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Omicron JN.1 alt növünü sürətlə yayılması səbəbindən narahatlığını ifadə edib.
News24.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bu yarımtipə yoluxma halları Hindistan, Çin və ABŞ da daxil olmaqla dünyanın bir çox ölkələrində qeydə alınıb.
ÜST-ün məlumatına görə, JN.1-in insanlar üçün riski hazırda aşağıdır, çünki dünyada mövcud olan vaksinlər insanı ondan qoruyur.
Təşkilat xəbərdarlıq edir ki, qışda COVID-19 və digər viruslara yoluxma halları arta bilər.
Ayşən