Yeni pandemiya gənələrlə yayılacaq? - 30 virus aşkarlandı
Sağlamlıq
Alimlər gənələrdə təxminən, 30 virusun genetik izlərini aşkarlayıblar.
News24.az xəbər verir ki, mütəxəssislər gənə dişləməsi zamanı yalnız gənə ensefaliti deyil, insan üçün potensial təhlükə yarada biləcək daha azı dörd virusun da ötürülə biləcəyini bildiriblər. Bunlar Mukava, Nuomin, Gakugsa və Pekin nairovirusudur.
Məlumata görə, bu viruslara yoluxma zamanı xəstələrdə yüksək hərarət müşahidə oluna bilər. Bəzi hallarda isə patogenlərin ağır fəsadlar və hətta ölüm riski yaratdığı qeyd olunur.
Mütəxəssislər bildirirlər ki, gənələr müxtəlif infeksiyaların “təbii rezervuarı” rolunu oynayır. Onların bir qisminin nəzəri baxımdan pandemiya yaratmaq potensialına malik olduğu da vurğulanıb.
Alimlərin fikrincə, bu cür araşdırmalar gənə vasitəsilə yayılan xəstəliklərin risk səviyyəsini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, virusların insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu dəqiq müəyyənləşdirmək məqsədilə əlavə elmi tədqiqatlara ehtiyac olduğu qeyd edilib. /İzvestiya/