Zeytun əslində düşündüyünüz qədər zərərsiz deyil?

Zeytun əslində düşündüyünüz qədər zərərsiz deyil? Sağlamlıq

Zeytun yağı qida dəyəri ilə tanınır. Bəs onun hazırlandığı zeytunların özü necədir? Təbii halda zeytunlar yalnız xüsusi emaldan – isladılma və ya marinadlanmadan sonra yeyilir. Amma bu məhsul adətən duzlu olur.

News24.az xəbər verir ki, “Martha Stewart” nəşri dietoloqlar və kardioloqla birlikdə zeytunların sağlamlığa təsirini araşdırıb.

Kardioloq Brett Silavın sözlərinə görə, zeytundakı yağın təxminən 75 faizi olein turşusudur. Bu maddə Aralıq dənizi pəhrizinin əsas komponentlərindən sayılır. Qalan hissə isə çoxlu doymamış və az miqdarda doymuş yağlardan ibarətdir.

Sağlam hesab olunan yağlar zeytunun faydalı xüsusiyyətlərinin əsasını təşkil edir.

Əsas faydalar:

1. Olein turşusu immun sistemində iltihabi prosesləri zəiflədə bilər. Bu isə insult, ürək-damar xəstəlikləri, diabet və artrit riskini azaldır.

2. Antioksidantları artırır. Zeytunlar polifenollar və E vitamini ilə zəngindir. Bu maddələr hüceyrələri zədələnmədən qoruyur, ürək, beyin və görmə sağlamlığına müsbət təsir edir.

3. Ürək üçün faydalıdır

“Yaxşı” xolesterini artırır, “pis” xolesterini azaldır, damarların tıxanmasının qarşısını alır. Həmçinin lif, dəmir və mis kimi vacib maddələr ehtiva edir.

Gündə orta hesabla 5-6 ədəd zeytun tövsiyə olunur. Diqqət edilməli olan məqam isə tərkibindəki duzun miqdarıdır. 1 porsiyada 150-700 mq natrium ola bilər. Hipertoniya olanlar xüsusilə ehtiyatlı olmalıdır.

Duzu azaltmaq üçün zeytunu yeməzdən əvvəl yumaq, suda olan zeytunları seçmək, porsiyanı nəzarətdə saxlamaq lazımdır. Yumaq duzun 20-30 faizini azalda bilər.

Zeytunun rənginin isə qəbul üçün heç bir fərqi yoxdur. Bu, sadəcə yetişmə mərhələsini göstərir. Qida dəyəri hər birində eynidir.