Məşhur aktyor mağazadan OĞURLUQ ETDİ - VİDEO
    • 16-06-2019, 15:04
    • 1 008

Məşhur aktyor mağazadan OĞURLUQ ETDİ - VİDEO

Amerikanın tanınmış aktyoru Tom Hanks bu dəfə oğurluqla gündəmə gəlib. 

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, dünyaşöhrətli aktyor mağazanı qarət edib. Belə ki, aktyor "Jimmy Kimmel Live" şousu çərçivəsində Los-Ancelesdəki mağazanı qarət edə biləcəyini deyib və mərc kəsib.

Jimmy Kimmel (Jimmy Kimmel) adlı şounun aparıcısı, Henksin "hər cəhətdən çox gözəl və mükəmməl" olduğunu və heç vaxt qalmaqal vəziyyətlərinin mərkəzində olmadığını qeyd edib. Aktyora ən yaxın hədiyyə mağazasına getmək və ödəmədən hər hansı bir əşyanı oradan çıxarmaq təklif olunub. Hanks təklifi qəbul edib, onun hədəfi öz karton şəkili və bir neçə "Oskar" fiqurları olub.

Tom Hanks mağazaya girərək "mən Tom Hanksam və bu heykəlcikləri götürürəm" sözləri deyərək məkanı tərk edib. Daha sonra bu malların ödənişini aktyorun gözətçisi edib.

Qeyd edək ki, Tom Henks ən yaxşı kişi roluna ("Forrest hamp", "Filadelfiya") görə iki "Oskar" mükafatının sahibidir. Aktyor "Yaşıl mil", "Qudzonda möcüzə", "İzqa", "Bacararsan məni tut" və digər filmlərdəki rolları ilə məşhurlaşıb.