"Atam  dedi, çıx, get..." - Bilal Əliyev - VİDEO
    • 4-11-2019, 12:19
    • 1 269

"Atam dedi, çıx, get..." - Bilal Əliyev - VİDEO

"Maşın şou"da finalda qalsaydım, qalib gələrdim, çünki buna gücüm yetərdi. Elə vaxtlar olub ki, aylarla yuxusuz qalıb toylara getmişəm. Sərhəddin o başından, bu başına gündüz maşınla yol getmişəm, sonra da, bütün gecəni toy oxumuşam. Hər gün ancaq bir- iki saat istirahət edərək çalışırdım".

Bu sözləri News24.az-a Xalq artisti Bilal Əliyev deyib. O, bildirib ki, maşından əlini çəkməsi atasının ürəyincə olub: "Atam, şoudan ayrılmağıma elə sevindi ki...  Mənə xəbər yolladı ki, çıx, get. Evə qayıdanda da dedi, sözümü yerə salmadın, sağ ol. Mən bu addımı ancaq onun istəyi üçün atdım. Bu yarışmada iştirakımı hərə bir cür qiymətləndirdi. Çoxları məni şou mühitində görmürdü. Əslində isə mən şən olmağı, deyib-gülməyi, əyləncəni sevən adamam".

Söhbət əsnasında Xalq artisti ingilis dil bildiyindən də danışıb.

Daha ətraflı videoda:

Sevda Bayramova
VİDEO: Fərid Şabanov