Miri Yusifin Cem Yılmaza CAVABI:
    • 18-11-2019, 13:05
    • 1 113

Miri Yusifin Cem Yılmaza CAVABI: "Super..." - FOTO

Bir neçə gündür türkiyəli şoumen və aktyor Cem Yılmazla Xalq artisti Miri Yusif arasında zarafatlar göydə uçuşur.

News24.az xəbər verir ki, hər şey C.Yılmazın mətbuat konfransında "Azərbaycanda bir həftə qalsaydım Miri Yusif kimi xalq artisti olardım" deməsindən sonra başlayıb. Sözügedən fikrə münasibət bildirməyən Xalq artisti, ötən gün şoumenin konsertində iştirak edib, foto çəkdirib və "İnstagram"da paylaşıb, şərh yazıb: "Düzdür, bu gün tanış olduq, amma zarafatımız dünəndən var. Super konsert, super sənətkar".

Sözügedən fotonu təqdim edirik: