-
- 17-11-2019, 16:43
- 3 658
"Miri Yusifin ünvanına neqativ fikir bildirmədim" - CEM YILMAZ - VİDEO - FOTOLAR
Xəbər verdiyimiz kimi, Türkiyəli şoumen, aktyor Cem Yılmaz Bakının qonağıdır.
News24.az xəbər verir ki, aktyor ötən gün Bakı Konqres Mərkəzində sevənləri ilə görüşüb. Bu gün isə aktyor Fəxri Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
Daha sonra isə media nümayəndələri ilə görüşən C. Yılmaz jurnalistlərin suallarını cavablandırıb: "Nə gözəl mikrafonlarınız var, rəngarəngdir. Bu gün gözəl vəzifəmizi yerinə yətirdik, Ulu Öndər Heydər Əliyevin ailəsinin və özünün məzarını ziyarət etdik, şəhidlərimizin ruhlarına dua oxuduq. Bu cür məqamlar bizim üçün çox vacibdir. Ötən axşam ilk konsertim gerçəkləşdi. Həyəcanlıydım, amma düşünürəm ki, izləyicilərimiz konsertdən razı qaldı. Kaş ki, hər hansısa marifləndirici bir işlə məşğul olsaydım, amma bundan da, məmnunam. İzləyicilərinizin səmimiyyəti, ilgisi məni çox sevindirdi. Səhnədə də, dediyim kimi, biz daim çalışmalıyıq ki, ölkələrimiz arasında çoxlu işlərə imza ataq. Şəxsən mən, Türkiyədəki bütün dostlarıma da, bunu töfsiyyə edəcəm. Yəni bir az yaxınlaşmağımız gərəklidir".
Aktyor ötən gün bildirdiyi "Əgər, Azərbaycanda bir həftə qalsam Miri Yusif kimi Xalq artisti olaram" fikirinə münasibət bildirib: "Miri Yusiflə dost deyilik, amma yaradıcılığını çox sevirəm. Eşitdim ki, Xalq artisti adına layiq görülüb, bu da ki, asan iş deyil. Yəqin ki, buna nail olmaq üçün çox çalışıb. Təbii ki, mən də Xalq artisti olmaq istəyərdim, amma bu bir həftəyə ərsəyə gələcək bir iş deyil. Miri Yusifin ünvanına isə neqativ fikir bildirmədim. Bu gün deyəsən konsertimə gələcək".
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov