USD 1.7
EUR 1.8473
TRY 0.2509
RUB 0.0225
  • Bakı 8°C
  • ŞUŞA -4°C
  • GƏNCƏ 3°C
  • LƏNKƏRAN 6°C
  • ŞƏKİ 4°C
  • QUBA 1°C
  • NAXÇIVAN 4°C

"Gəl, sən lüt gəz qızım" - XATUN DİLARƏYƏ SÖZ ATDI

ŞOU-BİZNES

Mətn ölçüsü

ATV-də yayımlanan "ATV Maqazin ONLARLA" verilişinin "ONLARLA 33 SUAL" rubrikasının növbəti qonağı müğənni Xatun Əliyeva olub.

News24.az bildirir ki, ifaçı gözlənilməz və qalmaqallı açıqlamalar verib. O, ilk növbədə müğənni Rəqsanə İsmayılovaya söz atıb: "Mənim evimə xoş gəlmisiniz. Beyonsun evinə. Eyni ilə onun dizaynıdır. Bizim Beyonsla münasibətimiz gözəldir. Ona zəng etdim. Çox paxıl insan deyil, ürəyiaçıqdır. Dedi ki, evin girişinə mütləq şəkildə öz şəkilini asmalısan".

Daha sonra isə Xatun aşıq Telli haqda danışıb: "Telli evdə qalıb. Məncə o, bu sözümdən sonra məni məhkəməyə verəcək. Bir dəfə onu parodiya eləmək istədim, məni hədələdi. Dedi: "Xatun özünü yığışdır. Sənə bir şeir oxuyaram ki, biabır olarsan. Çox istəyərdim Tellini gəlinlikdə görüm".

Müğənni açıq-saçıq geyinən Dilarə Əliyevadan da söz açıb: "Dilarəyə soyunmaq yaraşır. Gəl, sən lüt gəz qızım".

Xatun verilişdə bildirib ki, Ayan böyük-kiçik yeri bilən adam deyil: "Ayanın pis cəhəti odur ki, böyük-kiçik yeri bilmir. Mən ondan neçə bayram böyüyəm. O, özünü elə aparır ki, guya tay-tuşuq. Söz götürən adam deyiləm. Söz götürən olsaydım, ərə gedərdim, ərimin sözünü götürərdim. Ona dedim ki, səni bilirsən nə edərəm".

Sevda Bayramova

Xəbəri paylaş: