Bakı metrosunda "Növbəti stansiya..."- Murad Dadaşov, Miri Yusif və Nərgiz Cəlilovanın SƏSİNDƏ  - VİDEO
    • 19-12-2019, 19:00
    • 1 305

Bakı metrosunda "Növbəti stansiya..."- Murad Dadaşov, Miri Yusif və Nərgiz Cəlilovanın SƏSİNDƏ - VİDEO

Bayram günlərində "Bakı Metropoliteni" QSC maraqlı layihəyə imza atacaq. 

News24.az-ın əldə etdiyi məlumata görə, tətil və bayram günlərində Bakı metrosunda stansiyaların adlarını və anonslarını ölkəmizin tanınmış simaları səsləndirəcəklər. Onlardan bəzilərinin adları da məlumdur. 
 
Siyahida Xalq artistləri Murad Dadaşov, Miri Yusif və tanınmış teleaparıcı Nərgiz Cəlilova da olacaq.  

Xalq artisti Murad Dadaşov faktı News24.az-a təsdiq edərək təssüratlarını da bölüşüb: "Düşünürəm ki, bayram günlərində belə bir layihənin ərsəyə gəlməsi sakinlərimiz üçün maraqlı olacaq. Siyahıda Xalq artistləri, tanınmış bir çox simalar var. Məni də burada gördükləri üçün "Bakı Metropoliteni"nə təşəkkürümü bildirirəm. Çox şadam". 

Sevda Bayramova