Fatimə ona görə beş çiy yumurta İÇDİ
    • 24-01-2020, 11:18
    • 1 495

Fatimə ona görə beş çiy yumurta İÇDİ

Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində rəqqasə Fatimə Fətəliyeva qonaq olub.

News24.az xəbər verir ki, Fətəliyeva proqramın "Koment" rublikasında Xatirə İslamın adını çəkib. Şərtlərə əsasən o, qarşı tərəfin "İnstagram" hesabında ona xoşa gəlməz rəy yazmalıdır. Qaydalarla razılaşmayan Fatimə "cəza"nı seçib. Onun cəzası 5 bildirçin yumurtasını çiy halda içmək olub. O, bu cəzanın öhdəsindən asanlıqla gələcəyini desə də, hər şey əksinə baş verib. Rəqqasə ilk yumurtadan sonra canlı efirdə öyüməyə başlayıb. Halının pisləşməyinə baxmayaraq Fatimə 5 yumurtanı içib.

Sevda Bayramova