"Tövbəliyəm,  heç kimə kömək etməyəcəm..."- ƏDALƏT ŞÜKÜROV
    • 8-04-2020, 14:19
    • 813

"Tövbəliyəm, heç kimə kömək etməyəcəm..."- ƏDALƏT ŞÜKÜROV

"Mən həmişə demişəm ki, ilk olaraq ancaq tanıdığım və ətrafımda olan insanlara maddi köməklik göstərəcəm. Bu, mənə bəs edir".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "İnstagram"ın canlı yayımında deyib. O, yalançı insanlardan gileylənib: "İnstagram"da, "Facebook"da sosial şəbəkə dilənçiləri çoxalıb. Şəxsidə yazırlar ki, xahiş edirik, bizə kömək edin. Səhərdən-axşama qədər kimsə nəsə istəyir. Biri yalandan yazır, birinin doğrudan da imkanı yoxdur. Bir-ikisinə kömək elədik və gördük ki, yalan çıxdı. Tövbəliyik və heç vaxt heç kimə kömək etməməyə qərar verdik. Bizi gərək başa düşəsiniz, başa düşməsəniz də öz işinizdir".

Sevda Bayramova