“Bəzi saxtakarlar öz əməllərini həyata keçirmək üçün...” - ELZA SEYİDCAHAN -VİDEO
    • 9-02-2020, 16:46
    • 1 281

“Bəzi saxtakarlar öz əməllərini həyata keçirmək üçün...” - ELZA SEYİDCAHAN -VİDEO

 Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

News24.az xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.

Sözügedən dairədə işıqlar kəsilib. Bu barədə Seyidcahan şəxsi “İnstagram” hesabının canlı yayımında deyib:

“Hər birimiz çox gərginik. Hava şəraiti çox kəskindir, qar yağıb. Və bir çox məntəqələrdə müşahidəçilər işıqsız şəkildə çalışırlar. Dəfələrlə DSK-nin sədri Saleh müəllimə müraciət etdik, amma o cavabında bizə söyləyir ki, yaranan problem hava şəraiti ucbatındandır. Amma nəzərə alınmalıdır ki, hər bir məntəqənin “generator”u olmalıdır. Bura Azərbaycandır və dövlətimiz bütün məntəqələri işıqla təmin edib. Müşahidəçilər soyuqda oz işlərini görürlər. Biz buna dözərik. Bəs, yaşlı seçicilər neyləsinlər? İki saata hava qaralacaq. Yaşlı insanların gözlərində problemlər olduğundan, bülleteni doldura bilməyəcəklər. Belə şeyləri bəzi saxtakarlar öz əməllərinə görə edirlər. Özləri bilə-bilə tez-tez işıqları söndürüb yandırırlar. Bizə kömək edin”.

Sevda Bayramova