Tunarın toyunda yaşananlar - FOTO - VİDEO
    • 20-06-2018, 12:38
    • 2 957

Tunarın toyunda yaşananlar - FOTO - VİDEO

Ötən gün müğənni Tunar Rəhmanoğlunun Ülviyyə adlı xanımla toy mərasimi baş tutub. 

Paytaxt məkanlarından birində qurulan məclisə cütlüyün ailəsi, qohunları, yaxın dostları və şou-biznes nümayəndələri qatılıb. 

Şən ab-havada keçən toyda T.Rəhmanoğlu və bacısı müğənni Günel Zeynalova "Rüyalarda buluşuruz" adlı türk mahnısını səsləndiriblər. 

Məclisə təşrif buyuran qonaqlarla ayrı-ayrılıqda maraqlanan G.Zeynalova qardaşını belə təbrik edib:

"Həqiqətən də sevincli haldır. Neçə gündür ki, yatmıram. Allah onları xoşbəxt etsin. O mənim üçün gəlin yox, bacı gəlir. Ailə olaraq da bir-birimizə bağlıyıq".

Teymur Məmmədov

Foto/Video: Nurlan Gülməmmədov