Murad Dadaşov, Rozanın imtina etdiyi  avtomobildən danışıb
    • 2-10-2018, 12:47
    • 1 564

Murad Dadaşov, Rozanın imtina etdiyi avtomobildən danışıb

Xalq artisti Murat Dadaşov, “Maşın” realiti şousunun finalında qalib olan Roza Zərgərlinin imtina etdiyi avtomobildən danışıb.

 News24.az-ın xəbərinə görə, o, açıqlamasında bildirib ki, avtomobili tamaşaçıya verəcəklər.

“Maşını hələ də saxlamışıq. İnsanların verdiyi səs boşa getməyib. Roza maşından imtina etdi, biz nə edə bilərik? Rozanı da başa düşürəm. Onun üzərində o qədər göz, nəzər, söz-söhbət var ki... 

İlk dəfə deyirəm ki, avtomobili tamaşaçıya verəcəyik. Bir formada yarış keçirəcəyik, tamaşaçıya təqdim edəcəyik”.

Qeyd edək ki, müğənni Roza Zərgərlinin avtomobildən imtina etməsininin səbəbi, xeyriyyə məqsədi ilə istifadə edilməsini istəməsi olub.