Marsda göl tapıldı - FOTO
    • 26-07-2018, 10:10
    • 1 018

Marsda göl tapıldı - FOTO

Alimlər bildiriblər ki, Marsda maye halda suyun varlığının sübutu aşkarlanıb. 
 20 kilometr ölçüdə olan göl planetin cənub yarımkürəsində yerləşir və üzəri qalın buz qatı ilə örtülüdür. 

Tapıntı “Mars-ekspress” beynəlxalq stansiyası tərəfindən quraşdırılmış “Marsis” radarının köməyi ilə aşkarlanıb. 
Bundan əvvəl, araşdırmaçılar ehtimal edirdilər ki, Marsın səthində bəzən ərimiş buzlaqların suları qısa müddətə tökülə bilər.
Radar su qatının qalınlığını ölçə bilməyib, ancaq alimlər hesab edir ki, onun qalınlığı 1 metrdən çox deyil. 
Bu, Marsda yaşamağın mümkünlüyü deməkdir?

Hələ ki bu suala cavab tapmaq mümkün olmayıb.