Tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro miras qoydu
    • 13-08-2018, 10:00
    • 1 166

Tibb bacısı vaxtilə işlədiyi xəstəxanaya 600 min avro miras qoydu

İtaliyada maraqlı və eyni zamanda insanı kövrəldən hadisə baş verib. 

News24.az
xəbər verir ki, Triyest şəhərinin sakini,  95 yaşlı təqaüdçü Mariya Bolonyaölümündən sonra bütün varidatının əvvəllər tibb bacısı işlədiyi xəstəxanaya çatmasını istəyib. Söhbət 600 min avrodan gedir.  Bolonya 2017-ci ildə  vəfat edib. Ərinin və yeganə oğlunun ölümündən sonra yığılan pulları kiməsə verməyə qohumu da olmayıb. 

Onun mirası ilə tibb müəssisəsində müalicə üçün yoluxucu xəstəliklərin qanköçürmə şöbəsi və 450 nəfərlik yeni qarderob tikmək planlaşdırılır. Xəstəxananın planlarına yeni yeməkxananın tikilərək istifadəyə verilməsi də daxildir.