Quranda adı keçən əbabil quşu  tapıldı - FOTO
    • 16-08-2018, 16:30
    • 5 092

Quranda adı keçən əbabil quşu tapıldı - FOTO

Türkiyənin Ərzurum vilayətində polis məmuru tərəfindən Quranda adı keçən, sirli əbabil quşu tapılıb.

Gecə-gündüz müntəzəm olaraq havada uçan əbabil quşları çox nadir tapılan quş növlərindəndir.

Ərzurum rayon polis idarəsində işləyən polis məmuru Levent Köksal iş vaxtı pəncərəyə çırpılan quşu içəri buraxıb. Onun əbabil quşunu anladıqdan sonra bir qutuya qoyaraq evə aparıb. Sonra isə Levent quşu dövlət idarəsinə təhvil verib.

Əbabil quşları digər quşlardan fərqli olaraq bütün ömürlərini uçaraq keçirirlər. Sadəcə cütləşmək üçün yerə qonurlar və bir daha havaya qalxmırlar. Bütün canlılardan qaçdıqları üçün nadir hallarda bu quşları görmək mümkündür.

Əbabil quşu barədə Qurani-Kərimdəki "Fil" surəsində məlumat var. Ayəyə əsasən, Kəbəni zalım hökmdarın qoşunlarından göydən peyda olan əbabil quşları xilas ediblər. 

//Ölkə.az